Digər
İrandan TƏHDİD: "Yerlə-yeksan edərik"
İranın Müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi israilli həmkarı Beni Qantzın İranın nüvə obyektlərinə zərbə vurmaq planlarını yenilədiklərini açıqlamasından sonra İsraili təhdid edib.
Publika.az xəbər verir ki, paytaxt Tehrandakı bir tədbirdə danışan Hatəmi Qantzın hücum planları ilə bağlı açıqlamalarına cavab verib.
İranın təhlükəsizliyini və sabitliyini qorumaq üçün lazımi hərbi qabiliyyətə sahib olduğunu söyləyən Hatəmi "Bölgədə heç kim sionist rejimi istəmədi və bu səbəbdən də ətraflarına bir divar çəkmək məcburiyyətində qaldılar. Bundan əlavə, bəzən əlacsızlıq üzündən İranı təhdid edirlər. Xəta edərlərsə, Təl-Əviv və Hayfanı yerlə-yeksan edərik", - deyə qeyd edib.
Ə.Hatəmi Livan, Suriya, İraq və Yəməndəki İranın dəstəklədiyi müqavimət qruplarının ölkəsinin İsrailə qarşı "yumşaq gücü" olduğunu da əlavə edib.
Qeyd edək ki, İsrailin Baş Qərargah rəisi Aviv Koçavi 27 yanvarda etdiyi çıxışında orduya İranın nüvə proqramının qarşısını almaq üçün yeni əməliyyat planları hazırlamağı əmr etdiyini bildirmişdi. Müdafiə naziri Beni Qantz isə martın 5-də İsrail ordusunun İranın nüvə obyektlərinə zərbə vurmaq planlarını yenilədiyini açıqlamışdı.
Akqabay
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı














.jpg)












.jpg)









