Digər
Yaponiya ərazisinə giriş qaydalarını sərtləşdirir
Yaponiya səlahiyyətliləri koronavirusun yeni növlərinin ortaya çıxması ilə əlaqədar bütün xarici vətəndaşlar üçün giriş qaydalarını sərtləşdirəcək.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səhiyyə, Əmək və rifah naziri Norihisa Tamura NHK telekanalındakı çıxışında açıqlayıb.
“Yeni koronavirus ştammlarının təsbit edildiyi bir sıra ölkələrlə əlaqədar olaraq giriş qaydalarımız sərtləşdirilib. Biz bu qaydaları bütün ölkələrə aid etməyi düşünürük”, - nazir bildirib.
Daha sərt tələblərə uyğun olaraq, Yaponiyaya gələnlərin hamısı COVID-19 üçün PCR testindən keçir və nəticəni üç gün ərzində ixtisaslaşmış karantin müəssisələrində gözləyirlər. Üçüncü testdən keçdikdən sonra müsbət nəticə olduğu halda əcnəbilər vətənə qayıdır və iki həftə orada karantində qalırlar. Qaydalar Böyük Britaniya, İtaliya, Fransa, Çex Respublikası və digərləri də daxil olmaqla, 17 ölkənin vətəndaşlarına şamil edilir.
Aytən Məftun
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı



































