Digər
BMT-dən QORXUNC XƏBƏRDARLIQ: 34 milyon insan TƏHLÜKƏDƏ
BMT yaxın bir neçə ayda 20-dən çox ölkədə aclığın kəskin artacağı ilə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin nəzdində Qida və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Qida Proqramı hesabat yayıb.
Hesabata görə, təxminən 34 milyon insan COVID-19 və bununla əlaqədar iqtisadi çətinliklər səbəbi ilə aclıqla üz-üzə qalacaq.
Kəskin aclıq ərzaq çatışmazlığının ölümcül hala gəlməsi deməkdir ki, bu da hərbi qarşıdurmalar, iqlim dəyişikliyi və COVID-19 pandemiyası tərəfindən idarə olunur. Ayrıca, bəzi yerlərdə səhra çəyirtkələri də böyük aclıqlara səbəb olur.
34 milyon insan təhlükədə
Dünyanın yeni aclıq nöqtələri qeyd edilən hesabatda, Yəməndə və Cənubi Sudanda yaşayan ailələrin hazırda aclıqla mübarizə apardıqları, təqribən 34 milyon insanın kəskin aclıq səviyyəsində olduğu vurğulanıb.
COVID-19 ən çox Latın Amerikasının iqtisadiyyatını çökdürüb
Həmçinin hesabatda, COVID-19 pandemiyası səbəbiylə Latın Amerikasının iqtisadi tənəzzüldən ən çox təsirlənən və ən gec toparlanacaq bölgə olacağı bildirilib. Bundan əlavə, Yaxın Şərq, Yəmən, Suriya və Livanın məzənnənin sürətlə düşməsi və inflyasiyanın artmasından ciddi şəkildə təsirləndiyi qeyd edilib.
Aprel-iyul aylarında Cənubi Sudanda 7 milyondan çox insanın kəskin qida təhlükəsizliyi ilə böhran səviyyəsində qarşılaşacağı proqnozlaşdırılır, 16 milyondan çox yəmənlinin isə iyun ayına qədər yüksək səviyyədə qida təhlükəsizliyi yaşaması gözlənilir. Ən çox aclığın yaşanacağı ölkələr sırasında Burkina Faso, Əfqanıstan, Konqo Demokratik Respublikası, Efiopiya, Haiti, Sudan və Suriya da yer alır.

Mübarizə etmək hamımızın borcudur
BMT-nin nəzdində Qida və Kənd Təsərrüfatı Təşkilatının icraçı direktoru Qu Donqyu hesabatla bağlı belə bir açıqlama verib: "Yaşanan acının böyüklüyü çox narahatedicidir. İnsanların həyatını xilas etmək, onları təhlükədən qorumaq və yaşanacaq bu çətin vəziyyətin qarşısını almaq üçün dərhal hərəkətə keçmək və əldə olan ehtiyat qaynaqları qorumaq hər birimizin borcudur".
Ümumdünya Qida Proqramının icraçı direktoru Devid Beasley isə bunları deyib: "Gözümüzün qarşısında fəlakətin baş verdiyini görürük. Bu, hərbi qarşıdurmalar, iqlim dəyişikliyi və pandemiyadan qaynaqlanır və milyonlarla ailəni narahat edir".
Üç faktora ehtiyac var
Devid Beasley 30 milyondan çox insanın acından həyatlarını itirməməsi üçün üç amilə ehtiyac olduğunu söyləyib: müharibələrə son qoymaq, cəmiyyətin həssas təbəqəsinə daha əlçatımlı olmaq və yoxsul ölkələrə edilən ianələrin artırmaq.
Bu ayın əvvəlində BMT-nin nəzdində Qida və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Qida Proqramı humanitar qida yardımı, nağd pul və təcili yaşam qaynaqları vasitəsi ilə aclığın qarşısını almaq üçün 5,5 milyard dollar yardım çağırışı edib.
Akqabay
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
















.jpg)


















