Digər
Türk qırıcıları Pakistan səmasında - Dost ölkədə TARİXİ ANLAR - FOTO/VİDEO
Pakistan Milli Günü çərçivəsində martın 23-də keçirilməsi planlaşdırılan, lakin hava şəraiti səbəbindən təxirə salınan hərbi parad bu gün keçirilib.
Publika.az xəbər verir ki, İslamabada baş tutan parada Pakistan Prezidenti Arif Alvi, Quru Qoşunları Komandiri Kamar Cavid Bacva, nazirlər və nazir müavinləri, xarici təşkilatların nümayəndələri, diplomatlar və vətəndaşlar qatılıblar.
Pakistan əsgərlərinin yürüş gerçəkləşdirdiyi mərasimdə tanklar, radarlar, hava hücumundan müdafiə sistemləri və ballistik raketlər nümayiş olunub. Vertolyotlar və döyüş təyyarələri mərasim keçirilən ərazidən keçid ediblər.
Digər tərəfdən, Türkiyə Milli Müdafiə Nazirliyi Hava Qüvvələri Komandanlığının "SOLOTÜRK" heyətinin nümayiş uçuşu və Mehtərin "Dil Dil Pakistan, Can Can Pakistan" marşı izləyənlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Mərasimin sonunda Pakistanın müxtəlif əyalətlərindən gələn rəqs qrupları da çıxış ediblər.
Akqabay
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
















.jpg)


















