Digər
Myanmadakı nümayişlərdə ölənlərin sayı 320-yə çatdı
Myanmadakı etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində ölənlərin sayı 320-yə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Myanma Siyasi Məhbuslara Yardım Təşkilatının etirazlarla əlaqədar hazırladığı gündəlik hesabatda qeyd edilib.
Bildirilib ki, son 24 saat ərzində daha 34 etirazçı öldürülüb. Həyatını itirənlərin əksəriyyətinin 18-24 yaş qrupundakı gənclər olduğu qeyd edilib.
Hesabatda ölənlərdən 264 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən vurulduğu, 56-nın isə ölüm səbəbinin müəyyənləşdirilmədiyi vurğulanıb.
Qeyd edək ki, Myanma ordusu 8 noyabr 2020-ci il seçkilərindəki saxtakarlıq və ölkədəki siyasi gərginliyin artmasını səbəb gətirərək hakimiyyəti fevralın 1-də ələ keçirib və bundan sonra ölkədə nümayişlər başlayıb.
Akqabay
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
















.jpg)


















