Digər
Yaponiyada fövqəladə vəziyyət elan edildi
Yaponiyanın Baş naziri Yoşihide Suqa koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin bir neçə prefekturasında fövqəladə vəziyyət rejimi elan edib.
Publika.az xəbər verir ki, fövqəladə vəziyyət rejimi aprelin 25-dən başlayaraq Tokio, Osaka, Hyoqo və Kioto prefekturalarında qüvvəyə minəcək. Bildirilir ki, “Qızıl həftə” adlanan tətil günləri ərəfəsində elan edilən fövqəladə vəziyyət rejimi iki həftədən bir qədər çox - mayın 11-dək davam edəcək.
Rejimin davam edəcəyi günlərdə spirtli içkilər satan və karaoke avadanlığına malik n ictimai iaşə müəssislərindən fəaliyyətinin dayandırması xahiş ediləcək. Həmçinin ticarət mərkəzlərinə və univermaqlara da fəaliyyətlərini dayandırmaq tövsiyə olunacaq.
Fövqəladə vəziyyət rejiminin artıq üçüncü dəfə tətbiq olunduğu bu prefekturalarda yoluxma sayının artdığı və koronavirusun daha təhlükəli şatmmlarının yayıldığı bildirilir.
Hökumət, həmçinin vəziyyətin gərgin olduğu Ehime prefekturasında daha ciddi tədbirlərin görülməsi barədə qərar qəbul etsə də, burada fövqəladə vəziyyət rejimi elan etməyib.
Belə ciddi tədbirlərin görüldüyü Miyaqi və Okinava prefekturalarında da həmin tədbirlərin mayın 11-dək uzadılması qərara alınıb.
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK
-
Region13:19Türkiyədə turistlərə xəbərdarlıq: 130 dollar cərimələnə bilərsiniz
-
ABŞ12:01Trampın başı dərddə: Məhkəmə iddiası qaldırıldı - Sosial mediada görün nə edib
-
Nida Xəbər 10:12İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO
-
Cənubi Qafqaz10:09Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar






































