Digər
ABŞ razılaşmanı pozdu - "Taliban"dan XƏBƏRDARLIQ
"Taliban" ABŞ-ın 1 may tarixinə qədər Əfqanıstandan qoşunlarını geri çəkməyərək "Doha razılaşması"nı pozduğu açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ tərəfindən razılaşmanın pozulmasının "Taliban"ın əks-hücum hərəkatına yol açdığı bildirilən açıqlamada bu mövzuda "Taliban" rəhbərləri tərəfindən qərarın qəbul ediləcəyinin gözlənildiyi və buna uyğun hərəkət ediləcəyi vurğulanıb.
Qətərin paytaxtı Dohada bir neçə ay davam edən danışıqlardan sonra "Taliban" və ABŞ arasında 2018-ci ildə imzalanan müqaviləyə görə, bütün xarici qüvvələr 1 may 2021-ci il tarixinə qədər Əfqanıstandan çıxmalı idi. ABŞ Prezidenti Co Bayden isə Əfqanıstanda qalan 2500 Amerika əsgərinin hamısının 11 sentyabradək geri çəkiləcəyini bildirib.
Digər tərəfdən, Əfqanıstanın cənubundakı ABŞ hərbi bazası olan Qəndəhar Hava Limanına raket hücumu edilib.
Əfqanıstandakı ABŞ qoşunlarının sözçüsü Soni Leget Qəndəhar Hava Limanına təşkil edilən hücumda kimsənin zərər görmədiyini söyləyib. Leget ABŞ əsgərlərinin bu hücuma cavab verdiyini və eyni hava limanında atılmağa hazır olan bir neçə raket mərmisinin məhv edildiyini bildirib.
Hücumun məsuliyyətini hələ heç kim üzərinə götürməyib.
Xatırladaq ki, "Taliban" ötən ay Qəndəhar Hava Limanına hücum təşkil etmişdi.
Akqabay
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR














.jpg)






















