Digər
Ən sürətli qəbirqazan kimdir? - YARIŞ KEÇİRİLDİ
Rusiyanın Mərkəzi Sibir bölgəsində ənənəvi məzar qazma yarışının 2021-ci il mərhələsi keçirilib.
Publika.az xəbər verir ki, ötən il Omsk şəhərində baş tutmuş maraqlı yarışbu dəfə Novosibirsk şəhərinin krematoriyinin yaxınlığında təşkil edilib.
"Nekropol – Sibir 2021" sərgisi çərçivəsində keçirilən yarışın qalibi tapşırığı 38 dəqiqəyə yerinə yetirən Omsk komandası olub. Yarışda Tomsk və Novosibirsk vilayətləri, həmçinin Altay diyarının iki qazıcıdan ibarət komandaları da iştirak edib. Tapşırığı yerinə yetirmək üçün iştirakçılar 200 sm uzunluğunda, 80 sm enində və 160 sm dərinliyində bir məzar qazmalı idilər. Yarışa qatılan iki komanda lazımi ölçülər riayət edə bilməyib.
Təşkilatçılar sürət və ölçü ilə yanaşı, işin texnikasını və dəqiqliyini də nəzərə alıblar. Ölçmə üçün tabutdan istifadə edilib. Yarışın əsasnaməsinə görə, müsabiqənin məqsədi peşənin nüfuzunu və iş səviyyəsini yüksəltmək, həmçinin gənc nəslin dəfn xidməti işçisi peşəsinə diqqətini cəlb etməkdir.
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto

















.jpg)






















