Digər
Kim Çen In Şimali Koreyada aclıq təhlükəsini elan etdi
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin plenumunda çıxışı zamanı ölkədə mümkün ərzaq çatışmazlığı haqqında bildirib.
Bu barədə "Nodon sinmun" qəzeti məlumat yayıb.
"Ötənilki tufanın vurduğu zərərə görə taxıl istehsalının artımı üzrə plan yerinə yetirilməyib, bununla əlaqədar olaraq hazırda əhalinin ərzaqla təminatında gərgin vəziyyət yaranır", - Şimali Koreya lideri deyib.
Kim Çen Inın sözlərinə görə, koronavirusla əlaqədar karantin tədbirlərinin müddətinin artırılması Koreya Xalq Demokratik Respublikasında "əhalinin geyim, qidalanma və evlə təminatı üçün mübarizənin uzanmasına gətirib çıxarıb".
Bundan başqa, Kim Çen In partiyanı və Şimali Koreyanın xalqını yeni "çətin yürüşə" hazır olmağa çağırıb. Koreya Xalq Demokratik Respublikası tarixində bu termin XX əsrin 90-cı illərində yaranıb. Həmin vaxt ölkə kütləvi aclıq səbəbindən ağırlaşan ağır iqtisadi böhrandan əziyyət çəkib. (virtualaz.org)
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq








































