Digər
SON DƏQİQƏ: Nəhəng ordular Türkiyə sərhədində - FOTO
ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasındakı tarixi görüşdən sonra NATO qüvvələri ilə Rusiya ordusu arasında ilk razılaşmanın ünvanı müəyyənləşib.
Publika.az-ın məlumatına görə, NATO təlimlərinə rəhbərlik edən İngiltərə təyyarə gəmisi "HMS Queen Elizabeth" hazırda Aralıq dənizində üzür, təyyarələr isə Qara dənizdəki hərbi gəmilərə qoşulub.
İngiltərə ordusu Qara dənizdəki "HMS Defender" döyüş gəmisi üzərindən uçan "Tayfun" təyyarələrinin və Niderlandın "Everstsen" gəmisinin görüntülərini rəsmi hesablarında paylaşıb.

Rusiya mətbuatı həftə ərzində Qara dəniz səmalarında çox sayda "F-35" təyyarəsinin görüldüyünü yazır. Məlumata görə, 2 "F-35" cümə axşamı günortadan sonra radarlarda peyda olub.
Yerli KİV "F-35" qırıcı təyyarələrindən birinin ABŞ ordusuna, digərinin isə İngiltərəyə aid olduğunu, ingilis təyyarəsinin "HMS Queen Elizabeth"dən qalxdığını yazıb.

İngiltərə ordusunun sosial media hesabları "HMS Defender" və "HNLMS Everstsen"in görüşdüyü Qara dənizdəki ABŞ hərbi gəmisi "USS Laboon"un fotolarını da paylaşıb.
Rusiya mediasında diqqət çəkən bir başqa xəbər də Aralıq dənizində gözlənilən toqquşmadır. "Reuters" xəbər agentliyi cümə günü boğazdan bir çox fotoşəkil təqdim etmişdi. Fotolar Admiral Essen freqatını və idarəolunan raketləri daşıya bilən Qara dənizdən İstanbul boğazına girib Aralıq dənizinə doğru irəliləyən gəmiləri əks etdirirdi.

Rusiya mətbuatı Putinin Aralıq dənizi sahilindəki Latakiyadakı hərbi dəniz bazasına doğru irəliləyən NATO donanmasının qarşısını almaq üçün bu gəmiləri bölgəyə göndərdiyini yazıb.
İki kreyser və bir freqatdan ibarət olan Rusiya hərbi gəmilərinin bir neçə gün ərzində Aralıq dənizinə çatacağı və Suriyadakı Tartus dəniz bazası ətrafında yerləşdiriləcəyi gözlənilir.

Aralıq dənizindən Baltik dənizinə, Şimal qütbündən Qara dənizə qədər hər yerdə qarşı-qarşıya gələn Rusiya ilə NATO toqquşmasından həftə içində yeni görüntülər ortaya çıxıb. Son 25 ilin ən böyük təliminə başlayan NATO "Defender Europe 21" ilə Rusiyaya göstəriş nümayiş etdirir.

Aprel ayının əvvəlində Rusiyanın Krım və Ukrayna sərhədində ordu yığması Qara dənizdə müharibə zənglərinin çalınmasına səbəb oldu. Qara dənizə doğru irəliləyən 2 ABŞ hərbi gəmisi Co Bayden və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığından sonra yenidən Egey dənizinə qayıtdı.
İngiltərə təyyarə gəmisi "Queen Elizabeth"ə rəhbərlik edən NATO donanması Aralıq dənizində Rusiyanı təşvişə salıb. Suriyadakı Tartus dəniz bazasına doğru irəliləyən "Queen Elizabeth"in yanında ABŞ hərbi gəmiləri də var.

Yerli mətbuatda yayılan xəbərlərdə təyyarə gəmisindən havaya qalxan reaktivlərin Şərqi Aralıq dənizində rus döyüş gəmisi və ya sualtı gəmi axtardığı iddia edilib və Hmeymim bazasına yerləşdirilən bombardmançılara diqqət çəkilib.
Rusiya keçən ay ilk dəfə "Tu-22M3" bombardmançı təyyarələrini Latakiyadakı uçuş zolaqları yenilənən Hmeymim hərbi bazasına endirmişdi və bu təyyarələr NATO-nu qorxutmaq üçün Aralıq dənizi üzərindən uçmuşdu.
Akqabay
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq








































