Digər
Nazarbayevin Putindən XAHİŞİ: “Qalıqlarını təhvil verin”
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Rusiya Prezidenti Vladimir Putinlə iyunun 30-da baş tutmuş görüşündə müqəddəs hesab etdikləri sonuncu qazax xanı - Kenesarı Xanın qalıqlarını tapıb Qazaxıstana göndərməsini xahiş edib. Bu barədə mətbuata keçmiş prezidentin sözçüsü məlumat verib.
Məlumata görə, Nazarbeyev görüşdə sonuncu xanın qalıqlarının doğma torpaqlarında basdırılmasının və ruhunun rahatlıq tapmasının qazax xalqı üçün çox vacib olduğunu vurğulayıb. Putin də bu məsələdə hərtərəfli kömək edəcəyini deyib.
Xan Kenesarı müasir Qazaxıstanda dövlət səviyyəsində 1837-1847-ci illərdə Rusiya İmperiyasından ayrılmağı hədəfləyən Qazaxıstan milli azadlıq hərəkatının lideri hesab edilir. Sovet və Rusiya tarixşünaslığında isə Kenesarı Qazaxıstanı Rusiyadan ayırmağa çalışan hərəkatın lideri kimi xarakterizə olunurdu.
Kenesarı Xan 1847-ci ildə Qırğızıstan ərazisində tutulub. Həmin vaxt o, 15 minlik qoşunla Qırğızıstan ərazisinə giribmiş. Onun kəşilmiş başını Qırğız xanı Ormon sədaqət əlaməti olaraq mum möhürlü bir məktubla Sibir general-qubernatoru Qorçakova hədiyyə olaraq göndərib.
Qazaxıstanlılar arasında belə bir məlumat var ki, Kenesarının başı bu günə qədər Sankt-Peterburqdakı muzeylərdən birində saxlanılır. Qazaxıstanın Baş Konsulluğu 2004-cü ildə bu məsələ ilə bağlı muzeyə rəsmi sorğu göndərib, lakin muzeydə belə bir eksponatın olmadığını bildiriblər. (virtualaz.org)
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO










.jpg)

























.jpg)


