Digər
Fransa "dron müharibələri"nə hazırlaşır: Qarabağ savaşını... - FOTO
Fransa Müdafiə Komitəsi ölkənin "dron müharibələri"nə hazır olduğunu bildirən hesabat yayımlayıb.
Publika.az xəbər verir ki, Pilotsuz Uçuş Aparatları (PUA) ilə mübarizəni də əhatə edən hesabatda, ölkənin 2019-cu ildən bəri buna nail olmağa çalışdığını və Fransa Silahlı Qüvvələrinin 2025-ci ilə qədər bir neçə min təyyarəyə sahib olacağı bildirilir.
Məlumatda o da qeyd edilib ki, Fransa hökuməti "dron müharibələri"nə hazırlıqda 2020-ci il Qarabağ müharibəsində Azərbaycan təcrübəsini nümunə götürüb: "Türk PUA və Silahlı Pilotsuz Uçuş Aparatları 2020-ci ildə Dağlıq Qarabağ müharibəsində istifadə olundu. Eyni zamanda 2019-cu ilin sentyabrında Liviyadakı qarşıdurmalar və 2020-ci ilin martında Suriyanın şimalındakı əməliyyatlarda PUA-lardan uğurla istifadə olundu", "Ouest-France" saytının yayımladığı xəbərdə vurğulanıb.
Həmçinin İsrail və Çin kimi Türkiyənin də genişmiqyaslı pilotsuz təyyarələrin istehsalına və ixracına başladığı xatırladılıb.

-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq





































