Digər
Qara dənizdə GƏRGİNLİK: General Üçüncü Dünya müharibəsi ANONSU VERDİ - VİDEO
Video əlavə olunub.
xxx
Bolqarıstanlı general Valentin Tsankov Qara dənizdəki vəziyyəti İkinci Dünya müharibəsindən əvvəl SSRİ-Almaniya sərhədində baş verənlərlə müqayisə edib.
Publika.az xəbər verir ki, bu barədə general V.Tsankov Bolqarıstan mediasına danışıb.
O, Rusiya ilə NATO arasında qarşıdurma riskinin olduğunu bildirib.
Qara dənizin NATO ölkələri ilə Rusiya Silahlı Qüvvələri arasında birbaşa təmas nöqtəsinə çevrildiyinə diqqət çəkən Tsankov bölgədə müntəzəm olaraq təlimlərin keçirildiyini və bunun tərəflərin praktik olaraq real döyüş əməliyyatları təcrübəsi qazanmasına imkan verdiyini vurğulayıb.
NATO-nun Qara dənizdə bir müddətdir həyata keçirdiyi “Sea Breeze” təlimindən danışan general Tsankov qeyd edib ki, bu təlimlərin miqyası indiyədək olanlardan dəfələrlə genişdir.
O, Rusiyanın Qara dəniz bölgəsindəki hökmranlığına diqqət çəkib. Təlimin Krım sahilləri yaxınlığında keçirildiyini və Ukrayna hərbçilərinin manevrlərə qatıldığını deyən Tsankov bildirib ki, Ukrayna Krımı öz ərazisi olaraq görür: “Ancaq bölgə “de-fakto” və birləşmə referendumundan sonra öz qanunlarına görə “de-yure” olaraq Rusiyaya aiddir. Rusiya sərhədlərini qoruduğu üçün təlimlərə qarşıdır. Başqa bir ölkə də bunu edər. İttifaqın Qara dəniz strategiyasının vacib bir hissəsi Krımın ilhaq edilməsinin tanınmamasının göstəricisidir. Bu, NATO-ya üzv ölkələrin siyasi qərarıdır və Qara dənizə çıxışı olmayan ölkələrin gəmilərinin, xüsusən də ABŞ gəmilərinin burada varlığı əks olunur”.
V.Tsankov Vaşinqtonun Rusiyaya bu şəkildə təzyiq göstərməyə çalışdığını və Moskvanın amerikalıların bu davranışını öz hərbi potensialını gücləndirərək cavab verilməsi lazım olan bir təhdid kimi qəbul etdiyini söyləyib.
General əlavə edib ki, münasibətlər pisləşir, gərginlik artır və tərəflər hər an müharibəyə başlamaq üçün hazırdır: “Bəşəriyyət müharibə başlatmaq riskinin nə qədər böyük olduğunun fərqində belə deyil. Bölgədəki vəziyyət Sovet İttifaqı ilə Almaniyanın ortaq sərhədi olduğu 1939-1941-ci illərdəki duruma çox bənzəyir. Bu, müharibə başlatmağın ən sadə yoludur. Kiyev NATO-da “qlobal ortaq” statusu qazandı ki, bu da İttifaqın ordu hissələrinin Rusiya sərhədinə daimi yerləşdirilməsinə səbəb ola biləcək. Hazırda Ukrayna istəsə də, istəməsə də aktiv bölgə rolunu oynayır, əlbəttə ki, neytral da deyil.
Qeyd edək ki, ABŞ və NATO Qara dənizdə 32 hərbi gəmi, 40 təyyarə və ümumilikdə 32 ölkədən 5 min hərbçi ilə “Sea Breeze 2021” təlimini davam etdirir. İyunun 28-də başlayan təlimlər sabah başa çatacaq.
Akqabay
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var


















.jpg)






.jpg)













