Digər
ABŞ geri çəkildi, Rusiya isə... - Lavrovdan KRİTİK AÇIQLAMA
"Əfqanıstanda baş verənlər yalnız problemlərin müttəfiqlərimizin ərazilərinə yayılması baxımından bizi narahat edir".
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Caişankar ilə Moskvada görüşündən sonra təşkil edilən mətbuat konfransında deyib.
"Taliban"ın İran və Tacikistan sərhədlərindəki nəzarət nöqtələrini ələ keçirdiyini qeyd edən Lavrov hərbi fəaliyyətlərin yalnız Əfqanıstan ərazisində baş verdiyi müddət ərzində Rusiyanın heç bir şey etməyəcəyini açıqlayıb: "Bütün əfqanların dəstəklədikləri siyasi prosesin ən qısa müddətdə başlaması üçün israrlı çağırışlarımızı təkrarlamaqdan başqa heç bir addım atmayacağıq".
S.Caişankar isə Əfqanıstandakı proseslərlə birbaşa maraqlandıqlarını dilə gətirib. Orada şiddətin azaldılmasının vacib olduğunu vurğulayan Caişankar bildirib ki, bu proseslər həm Əfqanıstana, həm də qonşu ölkələrə təsir edir: "Şiddət həll yolu deyil, bu səbəbdən Əfqanıstanda şiddətin azalmasını istəyirik. Nəticədə Əfqanıstandakı vəziyyəti düzəldənlər də qanuni olmalıdır, buna laqeyd qalmaq olmaz".
Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, rus səlahiyyətliləri Moskvada "Taliban" heyəti ilə görüşüb. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin də bu görüşlərdən xəbərdardır.
" "Taliban"la əlaqənin qurulması Əfqanıstandakı və Əfqanıstan-Tacikistan sərhədindəki vəziyyətin inkişafı baxımından lazımdır", - Peskov əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putinin Əfqanıstandakı xüsusi elçisi Zamir Kabulov və "Taliban" heyətinin Moskvada görüşdüyünü açıqlayıb.
Akqabay
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq





































