Digər
Çin ABŞ-ı TƏHDİD ETDİ: Tədbir görəcəyik!
Çin ABŞ-a kəskin etiraz edir və 23 Çin şirkətinin "qara siyahı"ya salınması ilə əlaqədar qanuni maraqlarını qorumaq üçün lazımi tədbirləri görəcəkdir.
Publika.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi açıqlama yayıb.
ABŞ Ticarət Nazirliyi bir sıra Çin şirkətləri də daxil olmaqla 30-dan çox xarici müəssisəni "qara siyahı"ya daxil edib. Xüsusilə, bunlardan biri Çinin Sintszyan-Uyğur Muxtar Vilayətindəki uyğurlara, qazaxlara və müsəlman azlığın digər üzvlərinə qarşı insan hüquqları pozuntuları və yüksək texnoloji nəzarətə aid edilir.
"ABŞ milli təhlükəsizlik konsepsiyasını ümumiləşdirərək, ixrac nəzarətindən sui-istifadə edərək, gerçəklərə məhəl qoymadan, insan haqları bəhanəsi ilə yenə də Çinin 23 şirkətini "qara siyahı"ya daxil etdi. Bu, Çin şirkətlərinə əsassız təzyiq, iqtisadi və ticarət qaydaları, eyni zamanda beynəlxalq hüquq pozuntusudur. Çin buna qəti şəkildə qarşı çıxır", - məlumatda qeyd edilib.
Digər Çin şirkətlərinin isə ABŞ milli təhlükəsizliyi və xarici siyasətinə zidd fəaliyyətlərdə iştirak etdiyi iddia edilir. ABŞ əvvəllər Çini Sintszyan-Uyğur Muxtar Vilayətinin əsas milləti olan Uyğur xalqının soyqırımında günahlandırmışdı. Pekin isə bu ittihamları qəti şəkildə rədd edir.
Akqabay
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq





































