Digər
Avropa ölkələri "F-35" üçün AYAĞA QALXDI - ABŞ kəşfiyyatı HƏRƏKƏTƏ KEÇDİ
İsveçrə, Belçika, Niderland, Danimarka, Polşa, İtaliya və Norveçin aldığı və istifadə etməyə başladığı "F-35"-lərdə 871 qüsur və zəiflik aşkar edilib.
Publika.az xəbər verir ki, Avropanın istehsal etdiyi "Eurofighter"-dən saatda 400 km daha yavaş olan təyyarə cəmi 1700 km-ə çatır və uçuş məsafəsi "Eurofighter" və Fransanın "Rafale B" təyyrəsindən xeyli qısadır.
Yeni texnologiya ilə göz nəzarəti və daha müasir bir kabin ilə idarə olunan təyyarəni alan ölkələr sifarişlərini ləğv etməyə başlayıblar.
ABŞ-ın hesabatlarına daxil olan 871 qüsur xaricində "F-35"-lərin ilk partiyasını alan ölkələr əvvəlində verilən əməliyyat və maliyyət dəyərlərinin də çox yüksək olduğunu bildirirlər.
Belçika "F-35"-lərin qiymətinin tərk edilmiş "F-16"-larla müqayisədə söylənilən 30 faiz deyil, 100 faizdən çox olduğunu elan edib.
2019-cu ildə ilk "F-35"-i alan Niderlandda bazaya yaxın sakinlər həddindən artıq səs-küydən şikayətlənməyə başlayıblar. Maliyyə bu ölkə üçün də çox yüksəkdir, bu səbəbdən hökumət 85 deyil, 37 təyyarə ala biləcəyini açıqlayıb.
Bu iddialardan sonra ABŞ hökuməti hərəkətə keçib. "F-35"-lərin əllərində qalacağından qorxan ABŞ fərqli üsullara əl atır. ABŞ hərbi casuslarının Danimarkada müxtəlif fəaliyyət göstərən digər ölkələrin qiymətlərini öyrəndikləri və bu ölkəyə təklif verdikləri bildirilir. Bu vəziyyət iki NATO üzvü ölkəsi arasında problem yaradıb.
İsveçrədə də bu bahalı təyyarələrə reaksiya var. İctimaiyyət və media 36 "F-35" üçün 5,1 milyard frank ödəmək istəyən Müdafiə Nazirliyini günahlandırır.
Akqabay
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq





































