Digər
Qırğızıstanda FETÖ əleyhinə BÖYÜK ƏMƏLİYYAT BAŞLADILDI: Siyahıda sabiq prezident də var
FETÖ təşkilatının əsas ölkələrindən biri sayılan Qırğızıstanda terror təşkilatına qarşı əməliyyat başladılıb.
Publika.az xəbər verir ki, ötən günlərdə böyük bir əməliyyatla ələ keçirilən FETÖ üzvü Orhan İnandinin Türkiyəyə gətirilməsindən sonra Qırğızıstan Daxili İşlər Nazirliyi FETÖ-yə qarşı hərtərəfli istintaq aparılmasına qərar verib.
İstintaq çərçivəsində keçmiş prezident Almazbek Atambayevin də adı siyahıya daxil edilib.
Keçmiş prezident Atambayev səlahiyyət müddətində FETÖ məktəblərində çalışan 10 Türkiyə vətəndaşına Qırğızıstan vətəndaşlığı verməkdə günahlandırılır. Bişkek Polis İdarəsi Türkiyə vətəndaşlarına qanunsuz olaraq Qırğızıstan vətəndaşlığı verdiyini aşkarlayıb.
İstintaqa görə, 2016-cı ildə Almazbek Atambayev iqtidarda olduğu zaman Prezident Vətəndaşlıq Komissiyası heç bir əsas olmadan 10 Türkiyə vətəndaşının Qırğızıstan vətəndaşlığına qəbul edilməsini təsdiqləyib. Açıqlamada bu şəxslərin FETÖ ilə əlaqəli olduğu bildirilir.
FETÖ təşkilatını dəstəkləməkdə günahlandırılan Atambayev Qırğızıstanı 2011-2017-ci illərdə idarə edib.
Akqabay
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















