Digər
"Taliban"dan SÜLH AÇIQLAMASI: Hazırıq!
"Taliban" lideri Molla Həbbətullah Axundzadə Əfqanıstanda siyasi barışığın tərəfdarı olduqlarını bildirib.
Publika.az xəbər verir ki, danışıqları davam etdirmək üçün güclü bir komanda qurduqlarını dilə gətirən Axundzadə Əfqanıstan nümayəndə heyətinin bu fürsətdən yaxşı istifadə etmədiyini qeyd edib.
O, əcnəbiləri qarışdırmadan öz problemlərini həll edə biləcəklərini bildirib. Axundzadə bütün xarici güclərin ölkədən çəkilməsindən sonra ABŞ da daxil olmaqla, dünya ölkələri ilə qarşılıqlı əlaqələr əsasında güclü diplomatik, iqtisadi və siyasi əlaqələr qurmaq istədiklərini vurğulayıb.
O, Əfqanıstan ərazilərindən istifadə edərək üçüncü ölkələr üçün təhlükə yaradılmasına icazə verməyəcəklərini deyib: "Heç kimlə düşmənçiliyimiz yoxdur. Heç kəs ölkənin gələcəyi üçün narahat olmasın. Problemlərin dialoq yolu ilə həll edilməsinin tərəfdarıyıq. Hamımız bu ölkəni ayağa qaldırmalıyıq. "Taliban" təhsilə və iqtisadi müstəqilliyə xüsusi əhəmiyyət verir, təhsil müəssisələrinin fəaliyyət göstərməsi, uşaqlara dini elmlərdə təhsil verilməsi və müasir təhsil sahəsinin inkişaf etdirilməsi bizim prioritetlərimizdir".
Akqabay
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)



















