Digər
Bu ölkədə uşaqların evdən çıxmasına qadağa qoyuldu
Filippində COVID-19 infeksiyasının “delta” ştamının yayılması təhlükəsi səbəbindən məhdudiyyət tədbirləri sərtləşdirilib.
Publika.az xəbər verir ki, məhdudiyyətlər çərçivəsində 5 yaşından 17 yaşınadək uşaqlara evdən çıxmaq qadağan edilib.
“Koronavirusun “delta” ştamı daha yoluxucu və təhlükəlidir”, - deyə Filippin Prezidentinin mətbuat katibi Harri Roke bildirib.
Yeni məhdudiyyət tədbirləri Filippin paytaxtını və ölkənin dörd əyalətini əhatə edəcək. Xüsusilə qapalı məkanlarda fəaliyyət göstərən restoran və kafelərə, gözəllik salonlarına gedənlərin və dini yığıncaqlarda iştirak edənlərin sayına məhdudiyyətlər qoyulub.
Xatırladaq ki, 2020-ci ilin martından yetkinlik yaşına çatanların evdən çıxmalarına qoyulan qadağalar aradan qaldırıldıqdan iki həftə sonra yeni məhdudiyyətlər elan edilib. Hakimiyyət orqanları bu qadağanı uşaqların və yeniyetmələrin virusa yoluxaraq onu yaşlı qohumlarına ötürə biləcəyi ilə izah edirlər.
İndiyə qədər Filippində “delta” ştamına 47 yoluxma halı qeydə alınıb ki, bunların da yarısı yerli mənşəlidir. Ölkənin Səhiyyə Nazirliyi yeni xəstə axını ehtimalına görə xəstəxanalarda yataq, dərman, oksigen balonları və əməkdaşların sayını yoxlayır.
Filippin Malayziya və Tailanddan gələn səyahətçilər üçün sərhəd nəzarətini gücləndirib. Həmçinin Hindistan, Pakistan və İndoneziyadan bu ölkəyə giriş qadağan edilib.
Təxminən 110 milyon əhalisi olan Filippində 10,5 milyon insan peyvəndin ilk dozasını əldə edib, 5 milyondan çox insan isə tam vaksinasiya olunub.
Pandemiyanın statistikasını aparan “Worldometer” saytının məlumatına əsasən, epidemiyanın əvvəlindən bəri Filippində koronavirusa 1 milyon 537 mindən çox yoluxma və 26 min 891 ölüm faktı qeydə alınıb. Həmçinin 1 milyon 455 min nəfər COVID-19 infeksiyasından sağalıb.
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)



















