Digər
Putin ELAN ETDİ: Rusiya bu bölgəyə QOŞUN YERİDİR
ABŞ-ın geri çəkilməsi ilə Əfqanıstanda tarazlıq sürətlə dəyişib və "Taliban" bir neçə həftə ərzində yüzlərlə bölgəni ələ keçirib.
Publika.az xəbər verir ki, təşkilat fərqli ölkələrə açılan sərhəd qapılarına da nəzarət edir.
Özbəkistan və Tacikistan sərhədindəki bütün bölgələri ələ keçirən "Taliban"ın Hayratan Sərhəd Qapısını mühasirəyə aldığı bildirilir. Bunun yeni bir vətəndaş müharibəsinə sürüklənəcəyindən qorxan qonşu ölkələr həyəcan vəziyyətindədir.

Əfqanıstanın şimal qonşuları Özbəkistan və Tacikistan müttəfiqləri Rusiya ilə sərhəddə ortaq təlimlər keçirəcək. Rusiya ordusu güc nümayişinin avqustun 5-də başlayacağını açıqlayıb. Rusiya sərhədləri xaricindəki ən böyük baza olan "201"dən yola düşəcək qoşunların hərəkəti "The Moscow Times" tərəfindən "Rus tankları Əfqanıstan sərhədinə gedir" başlığı ilə elan edilib.
Tacikistandakı "201"ci Rusiya bazasındakı "T-72" tankları və artilleriya bölmələri təxminən 200 kilometr yol qət etdikdən sonra Əfqanıstan sərhədindən 80 kilometr məsafədəki Harp Meydan təlim bazasına çatacaq. Rus ordusu ilk açıqlamasında təlimin məqsədini sərhədə soxulan silahlı dəstələrin və terrorçuların məhv edilməsi kimi qeyd edib. Ancaq cəmi iki gün sonra edilən başqa bir rəsmi açıqlama əsərin rəngini dəyişdirib.

Rusiya Prezidenti Vladimir Putin "Su-25" döyüş təyyarələrini Əfqanıstanla sərhəddə güc nümayişinə göndərməyə qərar verib. Təlimin Özbəkistanda keçiriləcək hissəsində "Su-25" təyyarələri nümayişə çıxacaq. Rusiya ordusu Qırğızıstanda yerləşən döyüş təyyarələrinin Özbəkistandakı Termez bazasına enəcəyini açıqlayıb. Reaktivlər atacaqları raketlərlə düşmən elementlərini məhv edəcək.
Məlum olduğu kimi, Türkiyə Əfqanıstana Kabil hava limanını qorumağı təklif edib. Digər tərəfdən, Rusiya Əfqanıstan sərhəd xəttində təlimlər keçirərək ölkədəki mümkün böhrana dərhal müdaxilə etməyi planlaşdırır. Bu baxımdan Türkiyə prosesləri yaxından izləyir.

"Taliban"ın sözçüsü Zabihullah Mücahid "RİA Novosti"yə verdiyi müsahibədə "Tacikistan, Özbəkistan, Türkmənistan və İranla sərhədlər daxil olmaqla, Əfqanıstanın 90 faizi bizim nəzarətimizdədir", - deyib.
Əfqanıstan Müdafiə Nazirliyi "Taliban" sözçüsünün irəli sürdüyü iddianı rədd edib. Mücahid "Taliban" tərəfindən nəzarət edilən bölgələrdə İŞİD-ə güzəştə getməyəcəklərini və terror təşkilatının yenidən ölkədə aktivləşə bilməyəcəyini söyləyib.
Akqabay
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)



















