Digər
Afrikanın cənubunda görünməmiş şaxta qeydə alındı
Cənubi Afrikanın mərkəzi hissəsində dünən gecə ən aşağı temperatur üzrə rekord qeydə alınıb.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü yerli SABC radiostansiyası Cənubi Afrika Meteorologiya Xidmətinə istinadən məlumat verib.
Sinoptiklərin bildirdiyinə görə, iyulun 24-nə keçən gecə ölkənin 19 bölgəsində minimal temperatur üzrə tarixi rekordlar qırılıb. Belə ki, Kimberli şəhərində və ətraf bölgələrdə şaxta mənfi 9,9 dərəcə Selsiyə çatıb. Bütün meteoroloji müşahidələr dövründə orada heç vaxt belə kəskin soyuq hava olmayıb. Yohannesburqda dünən gecə havanın temperaturu mənfi 7 dərəcəyə düşüb. Burada əvvəlki soyuq hava rekordu (-6,3 dərəcə) 1995-ci il iyulun 19-da qeydə alınmışdı.
Uzun illərdən bəri ilk dəfə Cənubi Afrikanın müxtəlif bölgələrinə qar yağıb. SABC qeyd edir ki, uşaqlar və yeniyetmələr bu ərazilərdə qar yağışını ilk dəfə görüblər. Yerlərin buz bağlaması səbəbindən çox sayda magistral yol bağlanıb.
Cari şaxtalar Afrikanın cənubuna Antarktidadan gəlib. “Buzlu qitə” Afrika qitəsinin cənub nöqtəsindən təxminən 4 min km məsafədə yerləşir. Soyuq havanın Cənubi Afrikada bir həftə də davam edəcəyi gözlənilir.
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)



















