Digər
"Taliban" türklər yaşayan şəhəri ƏLƏ KEÇİRDİ: ABŞ qırıcıları HƏRƏKƏTƏ KEÇDİ
Avqustun 31-də ABŞ və NATO-nun Əfqanıstandan geri çəkiləcəyi ilə bağlı qərarından sonra sürətlə daha çox ərazi ələ keçirməyə başlayan ekstremist "Taliban" qüvvələri İran sərhədində yerləşən Nimroz əyalətinin mərkəzi Zarancı ələ keçirib.
Publika.az xəbər verir ki, məlumata görə, ötən gün "Taliban" ölkənin şimalında yerləşən və Türkmənistanla sərhəd olan Cüzcan vilayətinin mərkəzi Şibirqanda nəzarəti ələ alıb.
Fransız xəbər agentliyi AFP-nin yaydığı məlumatda qeyd edilir ki, türklərin yaşadığı Şibirqan tamamilə ələ keçirilib. "Assoşieyted Press"də dərc olunan xəbərdə isə vurğulanıb ki, "Taliban" döyüşçüləri şəhərə girsə də, ora tamamilə nəzarətə alınmayıb.
Əksəriyyəti türkmən və özbəklərdən ibarət olan yarım milyondan çox insan Şibirqan şəhərində məskunlaşıb. Məlumata görə, Şibirqan tam nəzarətə alınarsa, iki fərqli bölgədəki iki əyalət mərkəzləri də 24 saat ərzində "Taliban"ın nəzarətinə keçəcək.
ABŞ "B-52" bombardmançılarını bölgəyə göndərir
ABŞ rəhbərliyinin "Taliban"ın sürətlə irəliləməsi fonunda bölgəyə "B-52" bombardmançı təyyarələri və "AC-130" dəstək təyyarələri göndərdiyi bildirilib. Böyük Britaniyanın "The Times" qəzetinin yazdığına görə, "uçan qala" olaraq bilinən təyyarələr Qətərdəki və Ərəbistan dənizindəki "Ronald Reyqan" təyyarə gəmisindən havaya qalxaraq Əfqanıstanın Qəndəhar və Ləşkargah şəhərləri ətrafındakı "Taliban" qüvvələrini hədəf alıb. ABŞ-ın hava dəstəyinin azalmasının Əfqanıstan ordusunu müdafiəsiz hala gətirdiyi iddia edilsə də, Amerika bu ölkədəki hərbi iştirakını və əməliyyatını 31 avqustda tamamlamağı planlaşdırır.
Akqabay
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























