Digər
Neft şirkətindən 110 milyon dollarlıq təzminat
Abuja Ali Məhkəməsi, "Shell" neft şirkətinin Nigeriyadakı neft sızıntı iddiasında ogoni xalqına 110 milyon dollar təzminat ödəməsinə qərar verib.
Publika.az TRT-yə istinadla xəbər verir ki, qərarı verən hakim Əhməd Məhəmməd, pulun 21 gün ərzində ödənməsi lazım olduğunu deyib.
"Shell"in vəkili Aham Ejelamo, pulun ödənəcəyini bildirib.
Ogoni xalqı ilə "Shell" arasındakı məhkəmə təxminən 31 ildir davam edirdi.
Niger deltasında 1958-ci ildən bəri fəaliyyət göstərən Shell-in neft boru xəttlərindən və quyularından hər il tonlarla neft sızıb. Neft sızıntısına görə böyük çirklilik yaranıb və izlərin bölgədən silinməsi 30 il çəkə bilər.
"Shell" yanvar ayında, 2008 və 2009-da səbəb olduğu iki neft sızıntısı üçün 84 milyon dollar təzminat ödəməyi qəbul etmiş və çirklənən Bogo çayını təmizləyəcəyini bildirmişdi.
Afrikanın ən böyük, dünyanın 7-ci böyük xam neft ixracatçısı olan Nigeriyadakı Ogoni xalqı 1993-cü ildə Shell-in bölgədən çıxması üçün etirazlar təşkil etmişdi.
Tural Turan
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























