Digər
Taliblərin trilyonluq sərvəti - Rusiyanın ŞOK PLANI
Publika.az Axar.az-a istinadla Beynəlxalq Siyasi Təhlil və Proqnozlaşdırma Mərkəzinin prezidenti, rusiyalı siyasi analitik Denis Korkodinovla müsahibəni təqdim edir:
- Bir çox ekspert hesab edirlər ki, Əfqanıstanda Talibanın qələbəsi Qərbin iflasa uğramasının göstəricisidir. Buna baxmayaraq, Rusiya Federasiyasında Taliban hələ də terrorçu təşkilat sayılır. Necə hesab edirsiniz, gələcəkdə Talibanın Rusiya ilə münasibətlər qurması mümkündürmü?
- Rusiya diplomatik missiyasının Kabildə 14 avqust 2021-ci il Əfqanıstan inqilabının kuliminasiya nöqtəsi zamanı özünü aparması və Kremlin bitərəf mövqeyi fonunda Moskva ilə Taliban arasında təcavüzün olmayacağı barədə əvvəlcədən razılıq əldə edilmişdi. Bundan başqa, taliblər Kremlə Rusiyanın milli təhlükəsizliyinə maneə yaratmayacağına zəmanət veriblər.
Sonrakı hadisələr sübut etdi ki, əldə edilmiş razılaşmalar ciddi şəkildə yerinə yetirilir. Rusiyanın Əfqanıstandakı səfirinin “taliblər adekvat kişilərdir” deməsi də məhz buradan irəli gəlir. Bu halda Talibanın adekvatlığı onunla xarakterizə olunur ki, hərəkat tərəfdarları hələ ki, Moskvaya qarşı düşmənçilik nümayiş etdirmirlər və üstəlik, Rusiya ilə qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə dialoq qurmağa hazırdırlar. İlk növbədə bu, İŞİD-lə mübarizəyə aiddir. Görünən odur ki, Rusiya onun sərhədləri yaxınlığında Talibanın bayrağının dalğalanmasına razıdır. Lakin Kreml rəhbərliyi bu bayrağın tezliklə İŞİD-ləşməsinin qəti əleyhinədir. Bu məsələdə də Moskva ilə taliblər arasında tam anlaşma mövcuddur. Əfqan mücahidləri üçün İŞİD çoxdankı rəqibdir. Onlar İŞİD-i sıxışdırmaqdan və ya məhv etməkdən çəkinməyəcəklər. Taliban bunu Rusiyanın hərbi yardımı vasitəsilə ikiqat həvəslə edəcək.
Bundan əlavə, Moskva və Taliban mümkün kommersiya sövdələşmələrinin cazibədarlığını müzakirə edəcəklər. Ümumiyyətlə tərəflərin bir-birinə maraqlı təklifləri var. İndi taliblər "əmirlik" qurmaq üçün pula kəskin ehtiyac hiss edirlər. Rusiyanın isə nadir metallara və ilk növbədə, taliblərin tam nəzarətində olan litium yataqlarına ehtiyacı var. Bu yataqların ümumi dəyəri bu gün 1 trilyon dollardan çoxdur. Razılaşın ki, “əfqan cehizi” yalnız Rusiya tərəfindən deyil, bütün ölkələr tərəfindən Talibanın tanınması üçün kifayət qədər cəlbedicidir.
Maraqlıdır ki, Talibanın liderləri özlərini kifayət qədər peşəkar kommersiya strateqləri kimi aparırlar. Onlar dünya ölkələrinin litiuma olan tələbatlarını kifayət qədər tez müəyyənləşdirə biliblər ki, bu da danışıqlar prosesində onların əsas “kozırı” olacaq.
- Bundan sonra nəinki Əfqanıstanda, həm də Yaxın Şərqdə geosiyasi qüvvələr nisbəti necə olacaq?
- Taliblərin qlobal iddiaları var. İlk növbədə onlar Asiya regionunun qonşu ölkələrinə - Özbəkistana, Qazaxıstana, Qırğızıstana öz təsirlərini yaymaq məqsədi güdəcəklər. Əminəm ki, yaxın gələcəkdə onlar məhz bu ölkələri öz xütbələri üçün sevimli yerlər kimi seçəcəklər.
Mənim fikrimcə, ən dəhşətlisi odur ki, taliblərin Əfqanıstanda qələbə qazanması müxtəlif terror təşkilatları üçün (İŞİD, Əl-Qaidə) “bizdə də alına bilər” düşüncəsinin yaranmasına gətirib çıxarsın.
- Sizcə, digər ölkələr də taliblərlə diplomatik münasibətlər quracaq?
- Hazırda dünya ölkələri taliblərə can atmırlar, çünki əfqan mücahidləri ölkəni idarə etməyi indi-indi öyrənirlər. Bəli, onlar hərbi qələbə qazanıblar, Əşrəf Qənini deviriblər və şəriət normalarının yumşaldılmasını elan ediblər. Ancaq onlar yalnız indi dövləti necə idarə etməyi öyrənirlər. Təbii ki, indi taliblərin beynəlxalq aləmdə söylədikləri heç bir sözə inanmaq lazım deyil. Taliblərin Əfqanıstanı necə idarə edəcəyini və qonşu ölkələr üçün hansı təhdidlər yarada biləcəyini zaman göstərəcək. Buna görə də onlarla əlaqələr qurmağa bir çox ölkə tələsməyəcək. Əfqanıstanda vəziyyət yaxın bir ay ərzində yüz dəfə dəyişə bilər.
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO