Digər
SON DƏQİQƏ: Bu ölkənin prezidenti həbs olundu, parlamenti buraxıldı - FOTO - (YENİLƏNDİ)
Qvineyada hakimiyyəti ələ keçirməyə çalışan ordu bazar günü ölkə konstitusiyasının dayandırıldığını və parlamentin buraxıldığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə Qvineya xəbər portalı "Guinee Matin" məlumat yayıb.
Məlumata görə, üsyançıların rəhbəri polkovnik Mamadi Dumbuya müvafiq açıqlama verib. O, həmçinin Qvineyanın xarici sərhədlərinin bağlanmasını əmr edib və ordunu kazarmada qalmağa çağırıb.
Qeyd edək ki, bu gün Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib. Çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun nümayəndələri dayanır. Qrupa əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

xxx
17:38
Qvineya Prezidenti Alfa Konde üsyançılar tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, xarici mətbuatda yayılan məlumatlara görə, polkovnik Mamadi Dumbuyanın rəhbərliyi altında xüsusi təyinatlılar tərəfindən çevriliş edilib.
Çevriliş nəticəsində bir sıra yüksək rütbəli məmurlar saxlanılıb.
Bir neçə saat öncə də yerli KİV prezident sarayının ərazisində atışma baş verdiyini yazmışdı.
Çevrilişin lideri polkovnik Dumbuya daha əvvəl Fransa Xarici Legionunda xidmət edib.
Qeyd edək ki, Alfa Konde Qvineyaya 2010-cu ildən rəhbərlik edir. O, 2020-ci ilin oktyabrında keçirilən seçkilərdə yenidən qalib gəlib. Səsvermədən sonra ölkədə iğtişaşlar başlayıb.
Akqabay
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı












.jpg)


























