Digər
Çində gəmi qəzası: ölənlərin sayı artdı - YENİLƏNDİ
Çinin Quycou vilayətindəki Canke çayında sərnişin gəmisinin aşması nəticəsində ölənlərin sayı 10-a çatıb.
Publika.az yerli mediaya istinadla xəbər verir ki, sentyabrın 18-də axşamüstü baş verən qəzadan sonra hadisə yerinə cəlb olunan xilasedicilər 39 nəfəri çaydan çıxara biliblər. Buna baxmayaraq, onlardan 8 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin sağlamlıq vəziyyəti kafi qiymətləndirilir.
İtkin düşmüş hesab olunan 5 nəfərin axtarışları hazırda davam edir.
Qeyd edək ki, sentyabrın 18-də Canke çayının eyniadlı qəsəbədən keçən hissəsində sərnişin gəmisi aşıb. Bildirilir ki, qəzaya gəminin icazə verilən həddən çox sərnişin götürməsi səbəb olub. Səlahiyyətli qurumlar qəza vaxtı gəmidə dəqiq neçə nəfərin olduğunu müəyyən etməyə çalışır.
xxx
10:00
Çinin Quyçjou vilayətində sərnişin gəmisinin çevirilib.
Publika.az TASS-a istinadla xəbər verir ki, hadisə zamanı 8 nəfər ölüb, daha 7 nəfər itkin düşüb.
Gəminin 40 sərnişin daşımaq üçün nəzərdə tutulduğu qeyd olunub. İlkin araşdırmanın nəticələri xilasedicilərin 39 nəfəri sudan çıxarmağı bacardığını göstərib. Onlardan səkkizi xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişiblər.
Daha yeddi sərnişinin taleyi hələki məlum deyil. Qəzanın səbəbləri barədə məlumat verilməyib.
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
























.jpg)














