Digər
Türklər AYAĞA QALXDI: Əfqanıstanda qanlı toqquşmalar başlaya bilər
Əfqanıstanın keçmiş vitse-prezidenti Məhəmməd Kərim Xəlili lideri olduğu xəzər türkləri icmasının nümayəndələrinin "Taliban"la silahlı qarşıdurmaya qayıdacağını bildirib.
Publika.az xəbər verir ki, siyasətçi bu barədə TASS-a açıqlama verib.
O bildirib ki, təşkilat vədlərini yerinə yetirməsə və zülmdən çəkinməsələr, ölkədə qanlı toqquşmalar olacaq. Xəlilinin sözlərinə görə, "Taliban" tərəfindən toplanan müvəqqəti kabinet heç bir şəkildə əhatəli deyil. O, başqa etnik qrupların - taciklər və özbəklərin orada təmsil olunmadığını xatırladıb: "Buna görə də taciklər və özbəklər də xəzərlərlə birlikdə döyüş meydanına qayıda bilərlər. Ümid edirəm ki, beynəlxalq ictimaiyyətin təzyiqi altında "Taliban" öz iradəsini əhaliyə tətbiq etməyəcək və ölkə vətəndaş müharibəsindən çəkinəcək".
ABŞ Dövlət Departamenti bildirib ki, BMT "Taliban"a nümayəndəlik məsələsini həll etmək üçün müəyyən vaxt tələb edəcək. Bu ərəfədə hərəkatın nümayəndələri Baş Assambleyada çıxış etmək niyyəti ilə BMT-yə müraciət ediblər və artıq beynəlxalq təşkilata daimi nümayəndələrinin namizədliyini göndərdiklərini qeyd ediblər.
Akqabay
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































