Digər
ÜST Uhanda yenidən araşdırmaya başladı
“Wall Street”in xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun mənşəyini müəyyən etmək üçün araşdırmalara başlayıb.
Publika.az xəbər verir ki, təşkilatın elmi məsləhətçi qrupu virusun mənşəyini araşdırmaq üçün Çinin Uhan şəhərinə göndərilib. Bildirilib ki, qrup laboratoriya təhlükəsizliyi mütəxəssisləri, biotəhlükəsizlik mütəxəssisləri, genetiklər və baytarlar da daxil olmaqla 20 nəfərdən ibarətdir. Əsas tapşırıq ölkədə qeydə alınan ilk yoluxma və hesabat məlumatlarını əldə etməkdir.
Xatırladaq ki, ÜST və Çinin COVID-19-un mənşəyinə dair hesabatında koronavirusun yarasalardan insanlara başqa bir heyvan vasitəsi ilə keçdiyi irəli sürülmüşdü. Virusun laboratoriyadan sızma ehtimalının isə qeyri-mümkün olduğu bildirilmişdi.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bu qiymətləndirmənin kifayət qədər əhatəli olduğuna inanmadığını elan etmiş və daha çox məlumat və daha güclü nəticələr əldə etmək üçün araşdırmalara ehtiyac olacağını qeyd etmişdi.
Aytən Məftun
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































