Digər
Üçüncü Dünya müharibəsinin ANONSU VERİLDİ: Bu ölkələr HƏRƏKƏTƏ KEÇDİ
Çin-Tayvan gərginliyi ən yüksək nöqtəyə çatıb.
Publika.az xəbər verir ki, Çin Kommunist Partiyasının rəhbərlik etdiyi dövlət mediası "Üçüncü Dünya müharibəsi" mesajı verərək Tayvana odla oynamaması üçün xəbərdarlıq edib.
Xüsusilə son illərdə ölkələr arasında artan gərginlik və hərbi sərmayələrin sürətlə çoxalması ekspertləri də narahat edir. Çin və Tayvan arasındakı gərginliklə əlaqədar Çindən verilən açıqlamalar bu narahatlığın nə qədər haqlı olduğunu göstərir. Dünya Çinin bəyanatlarından danışır. Çünki Çin Kommunist Partiyasının rəhbərliyi altında dövlət mediası açıq şəkildə Üçüncü Dünya müharibəsinin proqnozunu verir və gərginliyin artdığını açıqlayır.
Çində yerləşən "Global Times" qəzetindəki məqalədə ABŞ və Tayvan arasındakı əlaqələr cəsarətli fonda xarakterizə edilib və bu vəziyyətin ABŞ və Çin arasında qarşıdurmaya səbəb olacağı vurğulanıb. Çin xalqının Tayvanı dəstəkləyən ABŞ-ın müharibəyə hərtərəfli dəstək verməyə hazır olduğu qeyd olunan məqalədə "Tayvan odla oynayır" ifadəsi yer alıb. Tayvan Müdafiə Nazirliyi oktyabrın 1-də 38, 2-də 39, 3-də isə 16 döyüş təyyarəsinin hava hücumundan müdafiə sisteminə daxil olduğunu bildirib. Bunun üzərinə ABŞ Tayvana özünümüdafiə qabiliyyətini qorumaq üçün lazımi dəstəyi verməyə davam edəcəyini açıqlayıb.
Ehtiyatda olan ABŞ admiralı Ceyms Stavridis və jurnalist Elliot Akerman tərəfindən yazılan "2034: A Novel of the Next World War" (Dünya müharibəsinin ssenarisi) adlı kitabda Cənubi Çin dənizi yeni dünya müharibəsi üçün başlanğıc potensialına malik bölgə olaraq göstərilib. Sözügedən kitabda belə bir müharibə vəziyyətində hansı silahlardan istifadə edilə biləcəyi haqqında da məlumatlar verilir. Qeyd olunur ki, müharibədə insansız hərbi maşınlar döyüş meydanında üstünlük təşkil edəcək.
Stavridis və Akerman ənənəvi müharibə ilə yanaşı, belə bir qarşıdurmanın ilk dəfə yaşanacağını bildirirlər. İkiliyə görə, bu müharibədə hər iki tərəf düşmən sistemlərini aradan qaldırmaq üçün genişmiqyaslı haker hücumlarına başlayacaq.
Akqabay
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





