Digər
Prezident peyvənd olunmadığı üçün futbol matçına buraxılmadı
Braziliya Prezidenti Jair Bolsonaru San Paulo əyalətinin sahilindəki Peyrube şəhərinə səfəri zamanı qoruyucu maska taxmadığı üçün cərimələnib və daha sonra COVID-19 əleyhinə peyvənd olunmadığı üçün futbol matçına da buraxılmayıb.
Bu barədə “Globo” telekanalı xəbər yayıb.
Qeyd edilir ki, prezident şənbə günü şəhərdə gəzib, sakinlərlə şəkil çəkdirib. O, gəzinti zamanı COVID-19-a qarşı profilaktik tədbir olaraq ölkədə və şəhərdə taxılması məcburi olan maskadan istifadə etməyib.
"Meriya prezidentin üzündə qoruyucu maska olmadığı üçün onun 500 dollar cərimələndiyini təsdiqləyib", - telekanal bildirib.
Bolsonaru həmin gün həmçinin Braziliya çempionatında "Santos" və "Gremio" komandaları arasında keçirilən futbol matçına da qatıla bilməyib. O, çaşqınlığı barədə jurnalistlərə açıqlama verib.
"Santos”un oyununu izləmək istədim, amma mənə peyvənd edilməli olduğumu söylədilər. Nə üçün? Peyvənd edilənlərdən daha çox antitelim var", - dövlət başçısı deyib. (report)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































