Digər
İki ölkə "Bayraktar" PUA-ları üçün HƏRƏKƏTƏ KEÇDİ: Qarabağdan sonra...
Türk silahlı pilotsuz uçuş aparatlarına (SİHA) tələbat günbəgün artır.
Publika.az xəbər verir ki, türk səlahiyyətlilərindən biri "Röyters"ə Efiopiya və Mərakeşin "Bayraktar TB2"lərin alınması üçün Türkiyəyə müraciət etdiyini və müqavilələrdə ehtiyat hissələri və təlim məsələlərinin də ola biləcəyini bildirib.
Adının açıqlanmasını istəməyən diplomat Mərakeşin silahlı pilotsuz uçuş aparatları sifarişlərinin ilk partiyasını may ayında aldığını və Efiopiyanın tələbinin taleyinin hələ də aydın olmadığını qeyd edib.
"Röyters" adıçəkilən ölkələrin neçə silahlı pilotsuz uçuş aparatı alacağı və maliyyə detalları haqqında məlumat verməyib. Türkiyə də Efiopiya və Mərakeşə SİHA satışına dair razılaşma ilə bağlı rəsmi açıqlama verməyib.
Silahlı pilotsuz uçuş aparatlarının satışının Türkiyə iqtisadiyyatına töhfə verəcəyini ifadə edən "Röyters"in dərc etdiyi xəbərdə qeyd olunub ki, bu, iqtisadi problemləri aradan qaldırmaq üçün ixracatı artırmağa çalışan Türkiyə hökumətinə dəstək olacaq.
Türkiyənin Suriya və Liviyada silahlı pilotsuz uçuş aparatlarından istifadə etdiyini xatırladan "Röyters" "Qarabağdakı pilotsuz uçuş aparatları Azərbaycanın işğalçı qüvvələri məğlub etməsinə kömək etdi", - deyə qeyd edib.
Xəbərdə Rəcəb Tayyib Ərdoğanın Qərb silahlarına olan etibarını azaltmaq üçün yerli istehsalını artırmasından sonra Türkiyənin dünyanın dördüncü ən böyük pilotsuz təyyarə istehsalçısı olduğu vurğulanıb.
Akqabay
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































