Digər
Dünyanın ƏN TƏHLÜKƏLİ şəxsi saxlanıldı - FOTO
Kolumbiyada tarixin ən nəhəng narkotacirlərindən biri, Pablo Eskobardan sonra ən çox axtarılan və daha təhlükəli hesab olunan narkobaron "Otoniel" ləqəbli Dairo Antonio Usuqa xüsusi əməliyyatla saxlanılıb.
Publika.az xəbər verir ki, ölkənin şimal-qərbindəki Necocli qəsəbəsində "Osiris" adlı əməliyyatda əli qandallanan "Clan del Golfo" təşkilatının rəhbəri Otoniel xüsusi təhlükəsizlik tədbirləri altında əsgərlər tərəfindən helikopterlə aparılıb.

Bildirilir ki, Usuqa dünyanın ən qorxulu narkotik alverçisidir. O, polisin, əsgərlərin, ictimai liderlərin qatili və eyni zamanda gənclərin silah altına alınmasının səbəbkarı hesab olunur. ABŞ tərəfindən dünyanın ən təhlükəli narkotik alverçilərindən biri olaraq göstərilən Otoniel bu ölkəyə tonlarla kokain göndərməkdə də günahlandırılır. O, 2012-ci ildə əməliyyatda təhlükəsizlik qüvvələri tərəfindən öldürülən qardaşı Juan de Diosu əvəz edərək kriminal təşkilatın başına keçib.
Qeyd olunub ki, Otoniel onlarla qətl, adam oğurluğu, cinayət təşkilatı yaratmaq, narkotik ticarəti kimi 120 cinayətə görə mühakimə olunacaq.
Uzun müddət axtarışda olan Usuqanın tutulması üçün 800 min dollar mükafat təklif edilmişdi.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































