Digər
Çinin koronavirus planının ÜSTÜ AÇILDI: Milyonlarla insanın...
Dünyanın koronavirusla mübarizəsi davam edərkən virusun harada və necə yarandığı sualı hələ də cavab gözləyir.
Publika.az xəbər verir ki, bu mövzuda bir çox iddia və nəzəriyyə irəli sürülsə də, virusun Uhan virusologiya laboratoriyasından sızdığı iddiası hələ də ən çox dəstəklənən tezislərdən biridir.
Elm dünyası bu suala cavab axtararkən Çin haqqında yeni bir iddia çox danışılmağa başlanıb. Kəşfiyyat rəsmiləri Çinin yeni planı ilə bağlı hesabat yayıblar.
Milli Əks Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan hesabatda Çin şirkətlərinin ABŞ və Avropanın biotexnologiya sektoruna sərmayə qoyduğuna diqqət çəkilib. Eyni hesabatda Çinin biotexnoloji firmaların satınalmaları ilə qlobal genetik məlumat bazası yaratdığına dair xəbərdarlıq edilir.
"Çinin koronavirus planı" olaraq xarakterizə edilən bu vəziyyətə görə, Pekin rəhbərliyinin on milyonlarla insanın genetik məlumatlarına çıxış əldə edə biləcəyi qorxusu var. Hesabatda Çinin hərbi üstünlük əldə etmək üçün texnologiya uğurlarından istifadə etməyə çalışdığı və bu vəziyyətin ABŞ səhiyyə sektorunu Pekindən asılı vəziyyətə sala biləcəyi vurğulanıb.
Son zamanlar ən gərgin dövrünü yaşayan Çin-ABŞ əlaqələri dünyanın bir müddət gözlərini Sakit okeana çevirməsinə səbəb olub.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































