Digər
Hərbçilər baş nazirin qərargahını ələ keçirdi: paytaxtda toqquşmalar yaşanır
Sudanda hərbçilərin dövlət çevrilişi etmək istəyindən sonra iğtişaşlar yaşanır.
Publika.az xəbər verir ki, ərəb mediası hərbçilərin Sudanın Baş naziri Abdullah Hamdukun iqamətgahını ələ keçirdiyini, baş naziri ev dustağı etdiyini yazır.
Ordu paytaxtda yolları və körpüləri bağlayıb, ən azı 4 nazirin həbs edildiyi haqda məlumatlar var. Paytaxt Hartumda əhali küçələrə çıxaraq çevrilişə etiraz edir. Ölkədə mobil və internet problemi yaranıb, Hartum Beynəlxalq Hava Limanı da uçuşlara bağlanıb.
Sentyabr ayında dövlət çevrilişinə cəhd baş tutmayıb. Bundan sonra hərbçilər və hökumət arasında gərginlik daha da yüksəlib.
Dünən ABŞ-ın xüsusi təmsilçisi Ceffri Feltman böhranı həll etmək üçün Hartuma səfər edib. Çevrilişin ABŞ nümayəndəsinin səfərindən sonra baş verməsi xüsusilə diqqət çəkib.
Asif
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































