Digər
Beynimiz haker hücumuna məruz qalacaq - İDDİA
"Sapiens" kitabının müəllifi, məşhur yazıçı Yuval Noy Harari yaxın müddətdə süni intellektin inkişaf edərək insan beynini hək etmək səviyyəsinə çata biləcəyini iddia edib.
Publika.az xəbər verir ki, Harari bununla bağlı ölkələri dərhal hərəkətə keçməyə çağırıb.
"Məlumatlarınız Kaliforniyaya, yoxsa Şençjenə, Şanxaya və Pekinə gedir? Artıq bu ehtimalın baş verməməsi üçün ölkələr süni intellektin tənzimlənməsi və məlumatların toplanması istiqamətində birgə fəaliyyətə başlamalıdır. Pandemiyanın gətirdiyi növbəti addım tibbi məlumatlarımızın bizdən alınmasını asanlaşdıracaq" - yazıçı qeyd edib.
Y.N.Harari iddia edib ki, üz, barmaq izi və hətta DNT kimi biometrik məlumatlar gələcək illərdə şirkətlər və ya hökumətlər tərəfindən toplana bilər: "Alqoritm bizə hansı filmə baxacağımızı və hansı məhsulu alacağımızı söyləyir. Nəhayət, 10, 20 və ya 30 ildən sonra bu cür alqoritmlər həm də harada və nə oxumalı olduğumuzu, kimlə evlənməli olduğumuzu və hətta kimə səs verə biləcəyimizi də təyin etmə qabiliyyətinə malik olacaq. Ən çox məlumatı idarə edən ölkələr və şirkətlər gələcəkdə dünyaya nəzarət edəcəklər".
Akqabay
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































