Digər
Misir hökuməti yeni paytaxta köçür
Misir Prezidenti Əbdülfəttah Sisi administrasiyasının yeni paytaxta köçürülüməsi ilə bağlı hökuməti təlimatlandırıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, dövlət başçısı Baş nazir və Mənzil-Kommunal Təsərrüfat və Şəhər İcmaları naziri ilə görüşündə qərarını elan edib.
Təlimata əsasən, hökumətin yeni administrativ əraziyə köçürülməsi dekabr ayında başladılmalıdır.
Qahirə yaxınlığında inşa edilməkdə olan yeni administrativ paytaxda hökumət binaları və qərargah artıq hazırdır. Köçürülmə yarım il ərzində həyata keçiriləcək.
Qahirənin 45 km-liyində salınan yeni paytaxtın 20 milyonluq böyük Qahirənin yükünü azaldacağı güman edilir.
Yeni şəhərdə 6,5 milyon insanın yaşaması nəzərdə tutulub. Burada nazirlik, parlament, hökumət binaları, yaşayış evləri və digər xidmətlər yerləşəcək.
Yeni paytaxtın beynəlxalq uçuşlar üçün nəzərdə tutulan öz hava limanı da olacaq.
Bildirilir ki, 414 min kv km-lik bu tikinti hökumətə ümumilikdə 45 milyard dollara başa gələcək.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































