Digər
Çinin ABŞ-ı qorxudan GİZLİ PLANI: hərbi baza qurur
ABŞ kəşfiyyatı Çinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) gizli şəkildə hərbi obyekt qurmağa çalışdığını öyrəndiyi və bu vəziyyətin ABŞ ilə BƏƏ arasında sıx diplomatik gediş-gəlişə səbəb olduğu iddia edilib.
Publika.az xəbər verir ki, Amerika mətbuatının məlumatlı mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Çinin Əbu-Dabidən 50 kilometr şimalda yerləşən Xəlifə limanında gizli şəkildə hərbi obyekt qurmağa çalışdığı qeyd olunub.
Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti Co Bayden administrasiyası peykdən bununla bağlı görüntülər əldə edib. Bundan sonra BƏƏ hökumətinə Çinin ölkədə olması ilə bağlı xəbərdarlıq edib və bu mövzuda iki ölkə rəsmiləri arasında intensiv müzakirələr başlayıb.
Baydenin may və avqust aylarında BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nəhyanla iki dəfə birbaşa danışdığı bildirilir. Bu danışıqlardan sonra ABŞ-ın təzyiqi ilə tikinti işləri dayandırılıb.
BƏƏ səlahiyyətliləri Çinin Xəlifə Limanında sıx ticarət fəaliyyətinin olduğunu təsdiqləsə də, gizli şəkildə hərbi baza qurma cəhdi ilə bağlı hər hansı məlumatın olmadığını bildirib.
Rahib Ələsgərov
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































