Digər
"Nobel"li baş nazir savaşa qatıldı
Efiopiyanın iki il əvvəl "Nobel" sülh mükafatı verilmiş baş naziri Abiy Əhməd hökumət başçısı kimi "məsuliyyəti öz üzərinə götürmək üçün" üsyançı qruplarla savaşa qatılmaq məqsədi ilə cəbhə bölgəsinə yollanıb.
Publika.az "Milliyet"ə istinadla xəbər verir ki, "Nobel" sülh mükafatına layiq görülmüş bir şəxsin üsyançı Tiqray Xalq Qurtuluş Cəbhəsi ilə müharibədə şəxsən iştirakı ölkəsində birmənalı qarşılanmayıb. Hətta baş naziri buna görə qınayanlar da olub.
Efiopiya hökuməti baş nazir Abiy Əhmədin keçmiş hərbçi olaraq döyüşlərə qatıldığını vurğulayıb və başqa heç bir açıqlama verməyib.
Beynəlxalq Demokratiya və Seçkilərə Dəstək İnstitutundan tədqiqatçı Adem Abebe isə deyib ki, ölkədə vəziyyət son dərəcə təhlükəlidir:
"Əgər baş nazir Əhməd yaralansa və ya ölsə, təkcə federal hökumət deyil, həm də ölkənin ordu sistemi çökəcək".
Qeyd edək ki, üsyançılarla ağır döyüşlərdən və dövlətçilik üçün təhlükə yarandığından 2 noyabrdan etibarən Efiopiyada fövqəladə vəziyyət elan edilib.
Tural Turan
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



















.webp)


















