Digər
Bu türk şəhəri dünyanın turizm paytaxtı elan edildi
İspaniyanın Madrid şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyasında qədim Səmərqənd şəhəri 2023-cü ildə dünyanın turizm paytaxtı elan edilib.
Publika.az xəbər verir ki, bu haqda Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov məlumat verib. O deyib ki, BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyası 2023-cü ildə Səmərqənddə keçiriləcək. Sessiyaya 1000-dən çox qonağın gələcəyi gözlənilir.
A.Abduhakimov bildirib ki, artıq tədbirin hazırlıq işlərinə başlanıb. Yeni mehmanxanaların, restoranların tikintisi planlaşdırılır. Tikilməkdə olan “Samarkand Touristic Centre” 212 hektar sahəni əhatə edəcək. “New Renaissance” adlı konqress-hollda mehmanxanalar, restoranlar və digər xidmət obyektləri olacaq.
Baş nazirin müavini deyib ki, növbəti sessiyanın Səmərqənddə keçirilməsi ölkənin turizm sahəsinin inkişafına güclü təkan verəcək.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



















.webp)


















