Digər
SON DƏQİQƏ: Baş Qərargah rəisi və daha 12 nəfər helikopter qəzasında həlak oldu - VİDEO - (YENİLƏNDİ)
Hindistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi Bipin Ravat bu gün baş verən helikopter qəzasında həlak olub.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Raçnat Sinqh bildirib.
O bildirib ki, Baş qərargah rəisinin həyat yoldaşı və daha 11 hərbçi helikopter qəzasında ölüb.
xxx
16:07
Hindistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Məlumata görə, helikopterin göyərtəsində 14 nəfər olub.
Bildirilib ki, onların arasında Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Bipin Ravat, onun həyat yoldaşı, köməkçisi, şəxsi mühafizə xidmətindən xüsusi təyinatlılar və ölkə Hərbi Hava Qüvvələrinin hərbçiləri olublar.
Bildirilib ki, qəza yerindən 5 nəfərin meyiti aşkarlanıb, bir neçə nəfər ağır xəsarətlə hospitala yerləşdirilib.
xxx
14:31
Hindistan Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Bipin Ravatın olduğu helikoper Tamiland ştatında qəzaya uğrayıb.
Publika.az ANİ agentliyinə istinadən bildirir ki, helikopterdə onun ailə üzvləri və köməkçiləri olub. 4 nəfərin həlak olduğu bildirilir. Helikopterdə 14 nəfərin olması güman edilir.
Hindistan hərbi Hava Qüvvəlinin yaydığı məlumata görə, qəza Kunqur şəhərində baş verib. “Bortunda Baş qərargah rəisinin olduğu Mİ-17B-5 helikoperi qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır”.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...





































.jpg)

