Digər
SON DƏQİQƏ: Cənubi Afrika parlamentinin binası yanır - FOTO/VİDEO
Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Keyptaun şəhərində ölkə parlamentinin binasında yanğın başlayıb.
Publika.az-ın məlumatına görə, yanğın binanın damında başlayıb və hazırda binanın içərisinə keçib.
Yanğını hələ ki, söndürmək mümkün olmayıb. Hadisə yerinə əlavə yanğından mühafizə bölmələri cəlb edilir. Ölənlər və xəsarət alanlar, həmçinin yanğının səbəbi barədə məlumat verilmir.
Şəhərin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Cermeyn Karelsin sözlərinə görə, fövqəladə hallar xidmətlərinə yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 07:00) yanğın barədə məlumat daxil olub. Hazırda bir neçə yanğınsöndürmə briqadası hadisə yerindədir və alovun qarşısını almağa çalışır: "Hətta damdakı bitum əriyir ki, bu da güclü istilərdən xəbər verir. Həmçinin binanın bəzi divarlarında çatların əmələ gəldiyi, uçma ehtimalının olduğu barədə məlumatlar var", - Karels bildirib.
Meriyanın Təhlükəsizlik Komitəsinin sözçüsü bildirib ki, alov 3-cü mərtəbədə ofis otağından başlayıb və yanğın Milli Assambleyanın (parlamentin aşağı palatası) binasına da keçib. Öz növbəsində ictimai işlər naziri Patrisiya de Lil Milli Assambleyanın binasının yanmadığını, yanğının nəzarət altına alındığını bildirib.
Qeyd edək ki, Keyptaun Parlament kompleksi bir neçə binadan ibarətdir - 19-cu əsrə aid köhnə bina və aşağı palatanın yerləşdiyi 1920 və 1980-ci illərə aid yeni binalar.
Akqabay
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















