Digər
Yaponlar iqtisadiyyat naminə istilərə dözməli olacaq
Yaponiya hökuməti rekord isti hava şəraiti ilə bağlı Tokio sakinlərindən elektrik enerjisindən mümkün qədər az istifadə etməyi xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Meteoroloqların məlumatına görə, şəhərdə havanın temperaturu Selsi üzrə 35 dərəcəyə çatıb. Səlahiyyətlilər ev təsərrüfatlarına və müəssisələrə işıqları daha az yandırmağı və kondisionerlərdən istifadəni məhdudlaşdırmağı tövsiyə edib.
Yaponlar istiyə dözməli, xüsusilə enerjiyə tələbatın ən yüksək olduğu günorta və axşam saatlarında elektrik enerjisinə qənaət etməli olacaqlar. Şəhərdə və onun ətrafında istehsal gücü gözləmə rejimi ilə bağlı 3,7 faiz aşağı düşə bilər. Növbəti azalmalar elektrik enerjisinin nəqlinin dayanması və işıqların kəsilməsi riski ilə əlaqələndirilir.
“Qeyri-adi isti hava şəraiti bizi təəccübləndirib. Zəhmət olmasa, əməkdaşlıq edək və enerjiyə mümkün qədər çox qənaət edək”, - Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bildirib.
Aytən Məftun
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















