Digər
Şimali Koreya yenidən Qərbi təhdid etdi
Şimali Koreya şənbə günü Vaşinqton və Seulun “aqressiv hərəkətlərini” pisləyib və Koreya yarımadasında gərginliyin artması fonunda Koreya müharibəsinin 72-ci ildönümündə “intiqam alacağına” söz verib.
Publika.az bunu ölkənin rəsmi xəbər agentliyi “KCNA” bildirib.
ABŞ-ın Asiyada NATO-ya bənzər hərbi ittifaq qurmaq planında olduğu da iddia edilib. “Yaponiya və Cənubi Koreya ilə birgə təlimlər keçirən ABŞ Asiyada NATO-ya bənzər birlik yaratmağı qarşısına məqsəd qoyub”, - deyə məlumatda bildirilir.
Şimali Koreyanın son beş ildə ilk nüvə sınağını keçirməyə hazırlaşması ilə bağlı narahatlıqlar fonunda Cənubi Koreya prezidenti Yoon Suk-yeol və ABŞ prezidenti Co Bayden may ayında daha çox ABŞ silah-sursatını ölkədə yerləşdirmək barədə razılığa gəliblər.
KCNA həmçinin bir sıra işçi təşkilatlarının "ABŞ imperialistlərindən qisas almağa and içmək" üçün toplantılar keçirdiyini iddia edib.
Aysel Məmmədova
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
















.webp)





















