Digər
Honq-Konqda gəmi ikiyə bölündü: "Onlarla itkin var"
Honq-Konqda baş verən Çaba Fırtınası səbəbindən 30 sərnişin və 20-dən çox heyət üzvü olan gəmi iki hissəyə bölünüb. Gəminin göyərtəsindəki onlarla insanın itkin düşdüyü bildirilir.
Publika.az bunu xarici mətbuata istinadla xəbər verir.
Honq Konq Hökumətinin Uçuş Xidməti tərəfindən edilən paylaşımda böyük hissəsi su altında qalan gəmidəki axtarış-xilasetmə işlərinin davam etdiyi göstərilir. Səlahiyyətlilər indiyədək 3 ekipaj üzvünün xilas edildiyini, itkin düşənlərin axtarışının davam etdiyini bildirib.
Pis hava şəraitinin aparılan axtarış işlərinə mənfi təsir göstərdiyini vurğulayan səlahiyyətlilər, ekipaj üzvlərindən bəzilərinin öz imkanları ilə gəmini tərk etdiyini bildiriblər.
Qeyd edək ki, Honq-Konqda Çaba fırtınasının yaratdığı güclü yağış və külək səbəbindən ictimai nəqliyyat məhdudlaşdırılıb və bir çox müəssisə bağlanıb. Meteoroloqlar qasırğanın Çinin Quanqdonq əyalətindəki Zhanjiang yaxınlığına qədər çatacağını gözləyirlər.
Aysel Məmmədova
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















