Digər
Bu ölkə birdəfəlik plastiklərə qadağa qoyur
Hər il təxminən 14 milyon ton plastik qablardan istifadə edən Hindistan ətraf mühitin çirklənməsi ilə mübarizə məqsədilə birdəfəlik plastik məhsulları qadağan edib.
Publika.az bunu CNN-nə istinadla xəbər verir.
Hindistan hakimiyyəti ölkədə böyük problemə çevrilən ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün addımlar atıb.
Hökümət tərəfindən verilən açıqlamada, birdəfəlik plastik məhsulların istifadəsinin qadağan edildiyi, lakin plastik torbaların hələlik qadağadan kənarda qaldığı bildirilib.
Qadağalara plastik çəngəl, bıçaq, qulaq çöpləri, plastik qablaşdırma, şar üçün istifadə olunan plastik çubuqlar, dondurma və siqaret paketlərinin aid olduğu deyilib.
Qida və içki şirkətləri onlara qadağaya uyğunlaşmaq üçün kifayət qədər vaxt verilməməsindən şikayətlənsə də, bəzi ekspertlər qadağanın həyata keçirilməsinin çətin olacağını bildirirlər.
Birdəfəlik plastik məmulatların qeyri-qanuni istifadəsinə, satışına, yayılmasına və anbara yığılmasına nəzarət etmək üçün xüsusi nəzarət mexanizminin yaradılması qərara alınıb.
Aysel Məmmədova
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















