Digər
Lisçianskdan sonra hədəf Slavyanskdır? - Politoloq AÇIQLADI
“Rusiya tərəfinin hərbi texnikaları və canlı qüvvəsi Ukraynanı üstələyir. Bunu Ukrayna rəsmiləri də açıq şəkildə bəyan edib. Rusların Luqansk və digər ərazilərdə üstünlük qazanmasının əsas səbəbi məhz budur”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq qeyd edib ki, Ukrayna əsgərlərini Lisçianskdan çıxarmasaydı, daha çox itki verəcəkdi: “Rusiyanın hərbi taktikasına baxdıqda görünür ki, onlar hansısa bölgəni mühasirəyə alaraq oradaki əsgərləri əsir götürmək istəyir. Yəni Ukrayna belə bir addım atmasaydı, Lsiçansk və onun ətrafında olan ərazilər də mühasirəyə düşəcəkdi. Artıq Luqansk vilayətinin tam olaraq ələ keçirildiyini deyə bilərik.”

İ.Vəlizadə veruğulayıb ki, Rusiyanın Luqanskdakı növbəti hədəfi Slavyansk olacaq: “Müharibə məhz bu ərazilərdə gedəcək. Ukrayna indiki vəziyyətdə adıçəkilən ərazini müdafiə edə bilməyəcək. Amma bu o demək deyil ki, müqavimət göstərməyəcək. Müharibənin gedişatından belə bir nəticə çıxır ki, regionu ağır günlər gözləyir. Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsi müharibəni daha da alovlandıracaq. Qərb dövlətləri Ukraynanı adıçəkilən ölkənin ərazisinə hücum etməkdən çəkindirməyə çalışır. Çünki bilirlər ki, belə birşey olarsa, Rusiya daha sərt addımlar atmağa başlayacaq. Bunun da dağıdıcı nəticələri olacaq. Ona görə də Qərb dövlətləri bu məsələdə çox ehtiyyatlı davranır. Yəni müharibənin Rusiya torpaqlarında dvaam etməsi real deyil. PUA-larla hücumlar ola bilər, ancaq genişmiqyaslı hücumdan söhbət gedə bilməz”.
Rahib Ələsgərov
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















