Digər
Çin lideri Moskvaya niyə getmədi?
Rusiya mediasının iki gündür ən çox müzakirəyə çıxardığı sual budur: “Çin lideri Tsi Sinpin niyə Rusiya prezidenti Vladimir Putinin dəvətini qəbul etməyərək Moskvaya gəlmədi, bunun səbəbi nədir?”
Bu sual Rusiyanın siyasi və ekspert dairələrini ona görə məşğul edib ki, dəvətin qəbul edilməməsi Rusiya prezidenti Vladimir Putin üçün gözlənilməz olub. Ukraynaya qarşı işğalçı müharibə aparan və Qərbin sərt sanksiyaları ilə üzləşən Putinin dostu Sinpinin gəlişinə Kremlin ehtiyacı var idi. Digər tərəfdən Vladimir Putin bu ilin fevralın 3-də Pekin Qış Olimpiadasının açılışında iştirak etmişdi. Ona görə də Putin düşünürdü ki, Rusiya üçün hazırki ağır vəziyyətdə çinli dostu onun dəvətini qəbul edəcək. İntəhası, Tsi Sinpin fərqli qərar verdi.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Çin lideri Tsi Sinpinin Moskva səfərini təxirə salmasının iki səbəbi var: “Birinci səbəb rəsmidir. Çin pandemiyadan qurtulmayıb və Tsi Sinpin iki il ərzində ölkəsindən kənara çıxmayıb. Yəni, Tsi Sinpin özünü pandemiyadan ciddi qoruyur. Ancaq Vladimir Putin də Tsi Sinpin kimi özünü iki ildir koronavirusdan qoruyur, hətta müxtəlif liderlərlə görüşdən əvvəl onların testdən keçirilməsini tələb edir. Putin testdən keçməyənlərlə əllə görüşmür, onlarla uzun masada müzakirə aparır. Misal üçün, Fransa prezidenti Emmanuel Makron Putinin test tələbini yerinə yetirmədiyinə görə Kremldə uzun masanın arxasında otuzdurulmuşdu. Ancaq Putin üçün Makronla Tsi Sinpin arasında böyük fərq var. Buna baxmayaraq, Tsi Sinpin Moskvaya getməməyə qərar verib. Rusiya mediası Kreml sahibinin pərt vəziyyətə düşməməsi üçün belə bir xəbər yayıb ki, guya Tsi Sinpin Honkonqa səfəri zamanı regional dövlət xadimlərindən birində koronavirus aşkarlanıb və Çin lideri özünü təcrid rejiminə keçib”.
E.Şahinoğlu vurğulayıb ki, Pekin Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini gizlətmir: “Çin liderinin Moskvaya səfərini təxirə salmasının ikinci versiyası da var. Pekin Moskvanın strateji tərəfdaşı sayılsa da, Ukraynaya qarşı işğalçı müharibədə Rusiyanın tərəfini tutmaq istəmir. Əlbəttə, Çin Qərb ölkələri kimi Rusiyanın işğalçı müharibəsini sərt tənqid etmir. Ancaq Pekin eyni zamanda Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını da gizlətmir. Bu səbəbdən Tsi Sinpin Moskvaya səfərlə Rusiyanın siyasətini təsdiqləmiş kimi görünmək istəməyib. Çinin əsas iqtisadi maraqları ABŞ və Avropa ölkələri ilə bağlıdır. Pekinin Vaşinqtonla münasibətlərində gərginlik müşahidə olunsa da, Çin lideri Rusiya və ABŞ arasında nisbi balansı qorumağa çalışır”.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)















.jpg)



.jpg)
