Digər
Parisə üç dəfə xəbərdarlıq etdik ki... - Lavrov
Paris prezident Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarının səsyazısını yayımlamaqla diplomatik etikanı pozub.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Diplomatik etika, əlbəttə, qeydlərin belə birtərəfli sızıntısını nəzərdə tutmur”, - deyən nazir əlavə edib ki, Moskva sonradan pərtlik olmaması üçün həmişə danışıqlar aparır. “Biz həmişə düşündüklərimizi deyirik və bu sözlərə görə cavab verməyə və mövqeyimizi izah etməyə hazırıq”, - Sergey Lavrov qeyd edib.
Eyni zamanda Lavrov xatırladıb ki, Rusiya Xarici İşlər Nazirliyi də Fransadan olan həmkarları – Jan-İv Le Drian və Almaniyadan olan Hayko Maas ilə “normand formatı” üzrə danışıqların yazısını dərc edib. “Lakin biz mənim danışıqlarımın məzmununu dərc etməzdən əvvəl onlara üç dəfə xəbərdarlıq etdik, onlar isə susmaqla cavab verdilər”, - diplomat izah edib.
İyunun 30-da “France 2” telekanalında rejissor Qi Laqaşın Yelisey sarayından bəhs edən sənədli filmi nümayiş etdirilib. Film “Prezident, Avropa və müharibə” adlanır. Burada Makronun Ukrayna ətrafında gərginliyi azaltmaq cəhdlərindən, o cümlədən Rusiyanın Ukraynada hərbi əməliyyatının başlamasına dörd gün qalmış, fevralın 20-də Putinlə söhbətindən bəhs edilir. Danışıqların stenoqramını “Le Temps” nəşr edib.
Səxavət
-
Nida Xəbər 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)








.jpg)














