Digər
O, nazir oğlu, Baş nazirin nəvəsi idi, özü isə... - Sindzo Abe nə ilə məşhurdur?
Xəbər verdiyimiz kimi iyulun 8-də Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin həyatına sui-qəsd edilib. Nəticədə sabiq baş nazir həyatla vidalaşmalı olub.
Publika.az onun tərcümeyi-halından bəzi səhifələri təqdim edir.
Sindzo Abe 21 sentyabr 1954-cü ildə Tokioda anadan olub. Atası Sintaro Abe 1982-1986-cı illərdə xarici işlər naziri olub, ana tərəfdən babası Nobusuke Kişi isə 1957-1960-cı illərdə Yaponiya hökumətinə rəhbərlik edib. Sindzo Abe Tokiodakı Seykey Universitetinin hüquq fakültəsini bitirib (1977), ABŞ-da Cənubi Kaliforniya Universiteti yanında Dövlət Siyasəti Ali Məktəbində təhsil alıb (1978-1979).
1980-1982-ci illərdə Yaponiyaya qayıtdıqdan sonra “Kobe Steel” polad şirkətində çalışıb. 1982-ci ildə o, xarici işlər naziri olan atası Sintaro Abenin köməkçisi vəzifəsini icra edib. 1980-ci illərin sonundan Yaponiya Liberal-Demokrat Partiyasının (LDP) katibliyinin aparatında çalışıb. 1993-cü ildə Yaponiya parlamentinin aşağı palatasının (Nümayəndələr Palatası) deputatı seçilib. O vaxtdan etibarən səkkiz dəfə (ən son 2017-ci ildə) parlamentə seçilib. 1999-cu ildə Nümayəndələr Palatasının Səhiyyə və sosial təminat komitəsinə rəhbərlik edib. 2003-2006-cı illərdə LDP-nin baş katibi, 2006-cı ildən isə LDP sədri vəzifələrində çalışıb.
2006-cı ildə parlament tərəfindən Yaponiyanın Baş naziri vəzifəsinə təsdiq edilib. 2007-ci ildə o, hökumətdəki korrupsiya qalmaqalları fonunda istefa verib.
26 dekabr 2012-ci ildə Abe yenidən parlament tərəfindən Baş nazir vəzifəsinə təsdiq edilib. O, mediada “Abenomika” adlandırılan iqtisadi strategiyanı təqdim edib, bu strategiyaya özəl investisiyaların təşviqi, güzəştli rejimlə xüsusi iqtisadi zonaların yaradılması və əsas layihələrə dövlət xərclərinin genişləndirilməsi daxildir. Abe baş nazir vəzifəsini icra edərkən Yaponiya özünümüdafiə qüvvələrinin səlahiyyətlərinin genişləndirilməsinə nail olub, sülh müqaviləsi bağlamaq və Kuril arxipelaqının cənub hissəsindəki bir sıra adalar üzərində mübahisənin həlli mövzusunda Rusiya ilə fəal dialoq aparıb.
28 avqust 2020-ci ildə səhhətinin pisləşməsi ilə əlaqədar baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb. 16 sentyabr 2020-ci ildə o, Yaponiya Liberal-Demokrat Partiyasının sədri vəzifəsindən istefa verib.
Sindzo Abe Yaponiyanın bütün tarixi ərzində baş nazir vəzifəsində ən uzun müddət qalma rekorduna sahibdir.
Səxavət Həmid
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)

























.jpg)


