Digər
Qəzaya görə səhmdarlara 97 milyard dollar ödəniləcək
Tokio məhkəməsi “Tokyo Elelctric Power Co.” şirkətinin dörd sabiq rəhbərinin səhmdarlara vurulan zərər müqabilində 97 milyard dollar ödəməsi barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə qərar iyulun 13-də Tokio dairə məhkəməsinin hakimi tərəfindən qəbul edilib. Səhmdarlar bildirirlər ki, şirkət məhz “Fukusima-1” AES-də 2011-ci ildə baş verən qəzaya görə böyük zərər çəkib. Buraya AES-in zərərçəkmiş reaktorlarının istismardan çıxarılması və təxliyəyə məcbur olan yerli sakinlərə kompensasiyanın ödənilməsi daxildir.
Qeyd edilir ki, səhmdarlar şirkətin rəhbəri olmuş 5 şəxsdən 22 trilyon yen (təqribən 160 milyard dollar) ödənməsi ilə bağlı iddia irəli sürüblər.
Məhkəmə qəzadan doqquz il əvvəl, 2002-ci ildə hökumət yanındakı şuranın AES-in seysmik fəal zonada yerləşməsi barədə hesabatına diqqəti yönəldib.
Səhmdarlar bildirirlər ki, şuranın bu hesabatı şirkət rəhbərləri üçün əsas götürülməli idi.
Xatırladaq ki, səhmdarlar həmin iddia ilə məhkəməyə 2012-ci ildə müraciət ediblər. Ötən ilin oktyabrında məhkəməyə sədrlik edən hakim ilk dəfə AES-in ərazisində olub.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)














